Moldovalı hücumçu «Xəzər Lənkəran»ın ən uğurlu transferi seçildi

XƏBƏR 15 Aprel 2010 / 20:13 2037
-  A +

«Xəzər Lənkəran» klubunun rəsmi saytında keçirilmiş rəy sorğusunun nəticəsinə əsasən, moldovalı futbolçu Denis Kalinkov komandanın ən uğurlu transferi seçilib. Qol.Az-ın məlumatına görə, 24 yaşlı cinah hücumçusu 1131 nəfərin qatıldığı sorğuda respondentlərin 35 faizinin (396 nəfər) səsini qazanmaqla liderliyə yüksəlib. Moldova millisinin futbolçusu bu uğura son bir ayı zədə üzündən meydana çıxmaq şansı olmadan imza atıb.
Sorğuda ikinci yer gəlişiylə komandanın hücumunun fiziki gücünü nəzərəçarpacaq dərəcədə artıran Emeka Oparaya qismət olub. 25 yaşlı nigeriyalı respondentlərin 21 faizinin (238 nəfər) səsinə sahib çıxıb. Nəhayət, üçüncü nominant - braziliyalı yarımmüdafiəçi Kristian Martins Kabral 18 faiz (204 nəfər) səslə afrikalı komanda yoldaşından azacıq geri qalıb.
 

Son xəbərlər