“Türkiyəyə qarşı öncədən sevgim var idi. Ancaq "Orduspor” və Ordu şəhərinin sayəsində Türkiyəni daha çox sevdim”. Qol.Az-ın məlumatına görə, bu fikirləri millimizin futbolçusu Anatoli Ponomaryov deyib.
Qış fasiləsində “Orduspor”a keçən 28 yaşlı hücumçu Türkiyənin birinci liqasında çıxış edir. Ponomaryov çıxış etdiyi ölkəni, şəhəri, komandanı, oyundaşları çox sevdiyini bildirib. Türkiyədə “Anadolu” ləqəbi ilə çıxış edən Anatoli qardaş ölkədə iddialı çıxışı ilə də diqqət mərkəzinə düşüb: “Atam İqor Ponomaryov vaxtilə SSRİ yığmasında oynayıb, sonradan isə Azərbaycan milli komandasının baş məşqçisi olub. Mən də Azərbaycan yığmasında 16 oyunda forma geyindim. Avropa çempionatında Türkiyə yığması ilə bir qrupa düşdük. Əlbəttə, milli formanı yenə daşımaq istəyirəm. Atamın baş məşqçiliyi dövründə 2000 və 2001-ci illərdə Türkiyə yığması ilə iki oyun keçirdik. Türklər Bakıdakı oyunu 1:0, İstanbuldakı görüşü 3:0 hesabı ilə qazandı. İki qardaş ölkənin görüşü dostcasına keçəcək. Amma inşallah, bu dəfə biz qazanarıq”.
Türkiyə mətbuatına müsahibəsində Anatoli Azərbaycanla yanaşı, yaşadığı İsveçin vətəndaşlığını və indiyə kimi 9 klub dəyişdiyini də xatırladıb: “Futbolçunun oğlu olmaq mənim üçün yaxşı oldu. Atamın futbolçu olduğu, baş məşqçiliyi dövründə paltardəyişmə otağını görərək, yaşadım və böyüdüm. Bu gün qədər 9 komanda dəyişdirdim. Futbolçunun həyatı bu şəkildə sürür. Açığı, şansımı yoxladım. Hər kəsin özünə görə bir yolu var. “Orduspor”da çıxışımın uğurlu olacağına inanıram. Komandamın da uğurlu çıxışı ilə istənilən nöqtəyə çatacağına inamım var. Vaxt keçdikcə bura daha çox uyğunlaşaraq, qollar vuracağam”.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə
“Milan” “Barselona”nın futbolçusuna göz dikdi
“Futbolu daha çox sevməyimə səbəb oldun”