“Araz”ın “Dördlər finalı” üçün heyəti açıqlandı

“Araz”ın “Dördlər finalı” üçün heyəti açıqlandı
XƏBƏR 14 Aprel 2010 / 15:06 2113
-  A +

Futzal üzrə UEFA kubokunun “Dördlər finalı”nda çıxış edəcək “Araz”ın heyəti açıqlanıb. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən xəbərinə görə, komandamızın düşərgəsinə 12 futzalçı cəlb olunub.
Qeyd edək ki, “Araz” futzal üzrə UEFA kubokunun hazırkı sahibi - İspaniyanın “İntervyu” komandası ilə qarşılaşacaq. Oyun aprelin 23-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Həmin gün, Bakı vaxtı ilə saat 23:30-da, digər yarımfinal cütlüyündə Portuqaliyanın «Benfika» və İtaliyanın «Luparense» komandaları finala yüksəlmək uğrunda mübarizə aparacaq.
Üçüncü yer uğrunda oyun aprelin 25-də, Bakı vaxtı ilə saat 19:00-da, final qarşılaşması isə həmin gün Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Bütün oyunlar Lissabondakı «Pavilyau du Atlantiku» kompleksində keçiriləcək.
Komandamızın Portuqaliyaya aparılacaq heyətinə aşağıdakı futzalçılar dəvət olunub:
Andrey Tveryakin
Marat Salyanski
Rizvan Fərzəliyev
Rəcəb Fərəczadə
Vitali Borisov
Felipe Ribeiro dos Santos
Maşado dos Santos
Tiaqo Rodriques
Luis Serjio Lukas
Roman Sultanov
Konstantin Duşkeviç
Aleksey Petrov

Son xəbərlər
topaz banner