Demyanenko Bakıya qayıdır

Demyanenko Bakıya qayıdır
XƏBƏR 14 Aprel 2010 / 13:35 2159
-  A +

“Azərbaycan mənim üçün yad ölkə deyil”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin sabiq baş məşqçisi Anatoli Demyanenko deyib. 51 yaşlı ukraynalı mütəxəssis gələn ay ölkəmizə gələcək. Bu, veteran futbolçumuz Ələkbər Məmmədovun 80 illik yubileyi ilə əlaqədar mayın 14-də keçiriləcək Azərbaycan və SSRİ-nin veteran komandalarının yoldaşlıq görüşü ilə bağlıdır. Səfəri öncəsi fikirlərini bildirən Demyanenkonun sözlərinə görə, yenidən Azərbaycana getməkdən məmnunluq duyur: “Mən Bakının “Neftçi” klubunun baş məşqçi işləməyimdən elə də uzun müddət ötməyib. Təəssüf ki, fikirləşdiyimi sona kimi həyata keçirmək mümkün olmadı. İstənilən halda, Xəzər dənizi sahilinə məmnuniyyətlə gedəcəyəm, köhnə dostlarımla görüşəcək, gəncliyimizi xatırlayacağıq. Üstəlik, Azərbaycan həmişə futbol diyarı olub. Banişevski, Cavadov, Əhmədov, Ponomaryovun soyadını çəkmək kifayətdir”.
Qeyd edək ki, Demyanenko “Neftçi”ni 2008-ci ilin yanvarından sentyabrına kimi çalışdırıb.

Son xəbərlər