Fərid Quliyev: “Əsas seçmə mərhələ oyunlarıdır”

Fərid Quliyev: “Əsas seçmə mərhələ oyunlarıdır”
XƏBƏR 14 Aprel 2010 / 13:10 3896
-  A +

“Artıq milli komandada 1 qol vurub, 1 ötürmə etmişəm. Lakin bu, heç nədir”. Qol.Az-ın məlumatına görə, bu sözləri millimizin hücumçusu Fərid Quliyev deyib. Yığmada bu il debüt edən və keçirdiyi oyunlarda yaxşı təsir bağışlayan 24 yaşlı futbolçu komandada hələ özünü tam göstərmədiyini düşünür.
Bu gün əsas komandamızın mətbuat üçün açıq məşqində jurnalistlərə açıqlama verən “Standard”ın üzvü seçmə mərhələ oyunlarını gözləyir: “Əsas seçmə mərhələ oyunlarıdır. Çalışacağam ki, seçmə mərhələ oyunlarda milliyə xeyir verim. “Standard”dakı çıxışlarıma gəlincə, hər futbolçu üçün əsas oyun təcrübəsinin olmasıdır. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Çalışırıq ki, bu vəzifənin öhdəsindən gələk. Belə psixoloji durum yığmadakı çıxışıma elə bir mənfi təsir də etmir”.
Qeyd edək ki, Fərid yığmada keçirdiyi 2 matçda 1 qol vurub.

Son xəbərlər