Mahir Şükürov Berti Foqtsun Rusiyaya səfərini əngəllədi

Mahir Şükürov Berti Foqtsun Rusiyaya səfərini əngəllədi
XƏBƏR 14 Aprel 2010 / 12:40 2110
-  A +

“Rusiyada milli komandanın üzvü Mahir Şükürovun oyununa baxmaq istərdim. Bu məqsədlə “Anji”nin SSKA ilə matçını izləməyi planlaşdırmışdım. Ancaq təəssüf ki, bunu edə bilmədim”. Qol.Az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Berti Foqts deyib. Almaniyalı mütəxəssis bunun səbəbini futbolçumuzun cəzalı duruma düşməsiylə əlaqələndirib. Xatırladaq ki, Rusiya Premyer Liqasının 2-ci turunda “Anji”nin “Amkar”la oyununda Mahir Şükürov qırmızı vərəqə aldığı üçün SSKA ilə qarşılaşmanı buraxmışdı.

 


Son xəbərlər