Fevral ayı üçün Unibank Premyer Liqasının ən yaxşı oyunçusu seçilən “Karvan”ın hücumçusu Xaqani Məmmədovun müsahibəsi
- Öncə fevral ayının ən yaxşı futbolçusu seçilməyin münasibətilə səni təbrik edirik. Bu xəbəri eşidəndə necə qarşıladın?
- Təbrikə görə çox sağ olun. Əlbəttə, sevindirici xəbər oldu. Məni bu yerə layiq bilib, səs verən insanlara öz minnətdarlığımı bildirirəm. Amma açığını deyim ki, gözlənilməz oldu.
- Nəyə görə?
- Çünki inanmırdım ki, ikinci “altılıq”da autsayder olan bir komandanın futbolçusu kiminsə yadına düşə və ona səs verələr.
- Hər halda, görünür, vurduğun qollar heç kimin gözündən qaçmayıb. Ancaq maraqlıdır ki, özun 6 qol vurmağına və bombardirlər yarışında mübarizəyə qoşulmaqla irəli getməyinə baxmayaraq, komandan “Karvan” əksinə, geriləyir. Bunun səbəbini özün-özlüyündə araşdırmamısan?
- Vallah, heç özüm də bilmirəm nə baş verir, niyə vəziyyət bu cürdür. Oynayırıq, kifayət qədər qol şanslarımız da olur, amma problem ondadır ki, bu şanslardan istifadə edə bilmirik.
- Yadındadırsa, “Karvan”a yeni gələrkən belə bir açıqlama vermişdin ki, “Yeni gələn futbolçuların hamısı təcrübəlidir və hər biri öz mövqeyində komandaya lazımi köməyi edəcək”. Ancaq səndən başqa heç kim üzərinə düşən vəzifəni yerinə yetirə bilmir.
- Həqiqətən də həmin futbolçuların hamısı təcrübəlidir. Baxmayaraq ki, vəziyyətimiz pisdir. Amma inanıram ki, bu futbolçular komandanı uğursuzluq zolağından çıxara biləcəklər.
- “Karvan”ın qazandığı nəticələri biabırçı da saymaq olmaz. Çünki “altılıq” mərhələsinin ilk 3 turunda məğlub olmadınız, əksinə, səfərdə “Olimpik-Şüvəlan” və “Simurq” kimi komandalarla heç-heçə etdiniz. Ancaq son matçda evdə “Standard”a uduzmaqla işləri korladınız...
- “Standard”a məğlubiyyət mənim üçün gözlənilməz oldu. Həmin oyunu udmalı idik. Sadəcə, görüşün baş hakimi çox kobud səhvlərə yol verdi.
- Komanda yoldaşın Zaur Ramazanov da bizimlə söhbətində sən deyən fikirləri səsləndirib. Hansı epizodları nəzərdə tutursan?
- Tam səmimi deyirəm ki, iki təmiz penaltimizi vermədi. Həmin epizodların birində hesab 0:0 idi. Sizi əmin edirəm ki, həmin anda Cavid İmamverdiyevi aşkar şəkildə yıxmışdılar. Penalti təyin olunsaydı və hesabı biz açsaydıq, nəticə tamam başqa cür olacaqdı.
- Hər halda reallıq odur ki, məğlub oldunuz və artıq çoxları “Karvan”ı birinci divizionda görür...
- Ancaq mən düşünürəm ki, şans hələ qalıb və biz sona qədər “vuruşacağıq”.
- Növbəti mövsümdən elitada komandaların sayının artırılması gözlənilir. Belə olsa, “Karvan” da elitada yer alacaq. O zaman sən özün hazırkı klubunda qalacaqsanmı?
- Bilirsiniz ki, “Karvan”da icarə əsasında çıxış edirəm. Futbolçu kimi “İnter”ə məxsusam. Ancaq nə qədər ki, Sxadadze “İnter”dədir, çətin mən o komandaya qayıdam. Nə o məni “İnter”ə götürər, nə də mən onun rəhbərliyi altında oynayaram. Bu mənada “Karvan” rəhbərliyi qalmağımı istəsə, elə burada qalaram. çünki hər şey məni qane edir.
- Artıq 6 qol vurmusan və Sxadadze də bunları görüb. Üstəlik, o, UEFA-nın rəsmi saytına açıqlamasında “İnter”in növbəti mövsümdən daha çox yerli futbolçulara güvənəcəyini deyib. Futbolda baş məşqçi ilə futbolçular arasında bu cür problemlər olur. Bəlkə “İnter”ə qayıdışın baş tutdu...
- Bu, heç inandırıcı görünmür. Çünki Sxadadze ilə çox ciddi problemlərimiz olub. Odur ki, baş tutan işə oxşamır. Düzü, heç onun rəhbərlik etdiyi komandada oynamağa mənim özümün də həvəsim yoxdur.
Mənbə: “Çempion-Azərbaycan” qəzeti
FTB Argentina Futbol Federasiyasının prezidentini saxladı
Kazemiro Messinin komanda yoldaşı oldu
“Neftçi” Bakıda 4 qol buraxıb uduzdu
"Mərhələ keçmək üçün ilk addımı sabah atmalıyıq"
"Qarabağ"a qarşı hücum futbolu sərgiləmək istəyirik"
Portuqaliya millisinin sabiq üzvü "Kəpəz"də
"Qarabağ"ı yaxşı təhlil etmişik" - SSKA-nın baş məşqçisi
"Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
Yamal: "Messi mənə dedi ki..."
Buskets "Barselona"ya qayıda bilər
"Neftçi" - "Dinamo": Heyətlər
“Qarabağ”da hər şey yaxşıya doğru gedir” - Qurban Qurbanov
"Kəpəz" ayrılığı açıqladı
"Mançester Siti" Fodenlə müqaviləni uzatdı
"Şəfa"dan 12-ci transfer
İtaliyada idman jurnalisti amansızlıqla qətlə yetirilib
"Neftçi" Varqasın transferini açıqladı
“Neftçi” və “Qarabağ”a görə metroda iş rejimi dəyişdi
Oçoa karyerasını başa vurdu
Güləş millimizin dünya çempionatı üçün heyəti açıqlandı
Tanınmış futbolçu ABŞ klubundan ayrıldı
"Milan"ın Modriç qərarı bilindi
"Neftçi"dən ayrılıb bu kluba keçdi
"Çelsi" belə geyinəcək - Şəkil
Belçika millisinin yeni baş məşqçisi müəyyənləşdi
"Liverpul" 17 yaşlı istedadı transfer etdi
"Fənərbaxça"nın qələbəsi - Video
"Çelsi" tarixinin ən bahalı transferini açıqladı
"Argentinanın bu performansla çempion olması ayıb olardı"
"Sabah"ın ÇL-də ardıcıl 3-cü qələbəsi - Video
Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmləndirib
"Fənərbaxça"dan qələbə
Konfrans Liqasında 3 oyun
"Sabah"ın potensial rəqiblərinin oyununda 5 qol
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq
Erməni güləşçilər Bakıya gələcək