Bu gün "Media kuboku - 2010" mini-futbol turnirinin püşkatma mərasimi keçirilib. Qol.Az-ın məlumatına görə, Turnirin Təşkilat Komitəsinin sədri, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, artıq 7-ci ildir "Şərq" qəzetinin təşkilatçılığı və təşəbbüsü ilə KİV komandaları arasında ümummilli lider Heydər Əliyevin xatirəsini anım mahiyyəti daşıyan futbol turniri keçirilir və bu idman yarışı media mənsubları arasında maraqla qarşılanır. Həmişə olduğu kimi, bu il də ənənəvi turnirin keçirilməsi üçün lazım olan bütün tədbirlər, təşkilati işlər yekunlaşıb. Bakı Dövlət Universitetinin İdman Kompleksində keçiriləcək turnir AFFA-nın hakimlər korpusu tərəfindən idarə ediləcək.
A.Aşırlı bildirib ki, "Media kuboku - 2010" uğrunda yarışda 10 komanda 2 qrupda mübarizə aparacaq. «İdman Azərbaycan», ATV, «Space TV», «Xəzər TV», İctimai Televiziya və "Yeni Azərbaycan", "525-ci qəzet" + "Ədalət" qəzetləri, mətbuat yayım firmalarından isə "Səma" komandaları mübarizə aparacaqlar. Turnirin təşkilatçısı "Şərq"in komandası isə bu dəfə ANS telekanalının komandası ilə birgə meydana çıxacaq.
Yarışmada I yeri tutan komandaya 1000 manat, II yeri tutan 500 və III yerin sahibinə 300 manat mükafat veriləcək. Bundan başqa ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi, hücumçu və bombardir mükafatlandırılacaq.
Sonra püşkatma mərasimi keçirilib. Təşkilat Komitəsinin sədr müavini Yusif Nəzərli yarışmanın Əsasnaməsi ilə bağlı məlumat verib. Onun sözlərinə görə, budəfəki yarışmada 10 komanda 2 qrupda mübarizə aparacaq. Təşkilatçı komanda və «media kuboku»nun ən çox qalibi olmuş Az TV qrup liderləri təyin ediliblər. Püşkün nəticələri ilə tanış olun:
A qrupu: 1. «Şərq»+ANS. 2. Space TV. 3. "525-ci qəzet" + "Ədalət". 4. Səma. 5. İctimai Televiziya.
B qrupu: 1. İdman Azərbaycan. 2. ATV. 3. Xəzər TV. 4. «Yeni Azərbaycan» qəzeti. 5. «Muğanbank».
Turnirin bütün matçları Bakı Dövlət Universitetinin idman Kompleksində keçiriləcək.
Turnir bu gün start götürəcək.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə