"Fənərbaxça"nın prezidenti 30 illik həyat yoldaşından boşandı

XƏBƏR 8 Aprel 2010 / 12:52 1892
-  A +

“Fənərbaxça” klubunun prezidenti  Əziz Yıldırım 30 illik həyat yoldaşı Yıldız Yıldırımdan rəsmən boşanıb. Boşanma qərarana əsasən, Yıldırım arvadına 5 milyon dollar təzminat və ayda 25 min dollar müavinət verəcək. Bu boşanma Türkiyənin ən bahalı boşanmaları sırasına daxil olub. Ailədə yaşanan problemlər üzündən Əziz Yıldırımın son bir il ərzində evini tərk etdiyi bildirilir.
Dostları “Fənərbaxça” başqanını arvadı ilə barışdırmağa çalısa da, bunun bir nəticəsi olmayıb. Nəticədə Əziz Yıldırım boşanmaq üçün məhkəməyə müraciət edib.   

Məbbə: modern.az
 
 


Son xəbərlər