"Xəzər Lənkəran" hazırlıqlara start verdi

XƏBƏR 8 Aprel 2010 / 10:09 1912
-  A +

Unibank Premyer Liqasının XXVII turunda son ölkə çempionu "Bakı"nın qonağı olacaq "Xəzər Lənkəran" oyunun hazırlıqlarına start verib. Lənkəran şəhər mərkəzi stadionunun ehtiyat meydançasında gündə iki dəfə hazırlıq keçən cənub təmsilçisi aprelin 9-da Bakıya gələcək. "Xəzər Lənkəran"ın elə həmin gün oyunun keçiriləcəyi T.Bəhramov adına Respublika stadionunda məşq edəcəyi bildirilir.

Xatırladaq ki, Unibank Premyer Liqasının XXVII turunun "Bakı" - "Xəzər Lənkəran" oyunu bazar günü aprelin 11-də keçiriləcək. T.Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşmanın başlama saatı 16:00-dır.
 
 
 


Son xəbərlər