“Bakı”nın hücumçusu Alan Vanqa Keniya millisinin heyətinə növbəti dəfə dəvət alıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Vanqa afrikalıların heyətində ABŞ-ın Detroyt şəhərində təşkil olunacaq beynəlxalq turnirdə iştirak edəcək.
Yarışda Keniya millisi ilə yanaşı Puerto-Rika, Malaziya, Nigeriya və Qana milliləri də yarışacaq.
2010-cu il 20- 23 may aralığında baş tutacaq turnirin açılış oyununda Malaziya və Puerto-Rika milliləri qarşılaşacaqlar. İki gün sonra isə Vanqanın çıxış etdiyi Keniya millisi yarımfinalda Qananı sınağa çəkəcək. Final və üçüncü yer uğrunda oyunlar mayın 23-də baş tutacaq.
Afrikalı forvardın özü bu barədə belə düşünür: “Mənim əsas vəzifəm “Bakı”nın daha uğurlu çıxış etməsində pay sahibi olmaqdır. Əminəm ki, öz sözümü deməyi bacaracağam. Komandamız güclü futbolçulardan təşkil olunub. Əsas heyətdə yer almaq üşün çox çalışıb, həmişə meydana çıxmağa hazır olmalıyam. İnanıram ki, mənim də günüm gələcək. Keniya millisinə gəldikdə isə, bu, mənim doğma komandamdır. Mənə ehtiyac duyulan anda həmişə Keniya formasını fəxrlə geyinirəm. Milli komandada oynamaq başqa bir qürur mənbəyidir. Yaxın günlərə gəldikdə, bilirsiz ki, Premyer Liqa həlledici mərhələdədir. İndi bütün diqqətlər “Bakı”nın çempion titulunu qorumağa yönəlib. “Xəzər Lənkəran”ı məğlub edib hədəfimizə bir addım daha yaxınlaşmaq istəyirik”.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video
Bu da son. Əlvida, Messi!.. - Şəkillər
İngiltərə və İspaniyadan qələbə