Arif Əsədov: "Bu, futbolçular üçün əlavə stimuldur"

XƏBƏR 6 Aprel 2010 / 23:59 2049
-  A +

"Unibank və PFL rəhbərliyinə minnətdarlığımı bildirirəm. "Ayın oyunçusu"nun seçilməsi futbolçularımız üçün özlərini göstərmək baxımdan əlavə stimuldur. Xaqani Məmmədovu təbrik edirəm. Hazırda milli komandanın düşərgəsində olan Araz Abdullayev üçün də bu şərəfdir. Abdullayev daha yaxşı futbolçu olması üçün hələ öz üzərində işləməlidir. Ona gələcəkdə uğurlar arzu edirəm”. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumat görə, bu sözləri bu gün baş tutan Premyer Liqanın "ayın oyunçusu" nominasiyasının qaliblərinin mükafatlandırılması mərasimində çıxış edən "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov deyib.

Son xəbərlər