"Mən düz deməyi və birbaşa danışmağı xoşlayıram. Xaqani Məmmədov bu adı qazanmağa layiqdir. Amma martda onun adı yoxdur. Bu isə bir ay özünü göstərməsi, sonrakı ayda isə göstərməməsi ilə bağlıdır". Qol.Az-ın məlumatına görə, bu sözləri Unibank Premyer Liqasında fevral və mart aylarının ən yaxşı futbolçularının mükafatlandırılması mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Musayevin fikrincə, futbolçularımızda "ulduz xəstəliyi" var: "Xaqani Məmmədov buna görə inciməsin. İstəyirəm ki, hər ay öz futbolçularımız hamıdan güclü olsun. Araz Abdullayev isə yaşının az olmasına baxmayaraq, özünü təsdiqləməyi bacarıb".
”Unibank”ın İdarə Heyətinin sədri Faiq Hüseynov da hər iki futbolçunu təbrik edib: “Yaxın zamanda futbolumuza lazımi dəstəyi vermək üçün əlimizdən gələni etməyə hazırıq. İnanıram ki, futbolumuzun populyarlaşmasına nail ola biləcəyik”.
Bundan sonra fevralın ən yaxşı futbolçusu Xaqani Məmmədov kubok və pul mükafatı ilə mükafatlandırılıb. Araz Abdullayev hazırda 19 yaşlılardan ibarət yığma komandamızla birgə təlim-məşq toplantısında olduğu üçün ona çatacaq mükafatlar "Neftçi"nin baş məşqçisi Arif Əsədova verilib.
Arif Əsədov və "Karvan"dakı həmkarı Yunis Hüseynov bu təşəbbüsə görə, “Unibank” və PFL-ə minnətdarlıq edib. Hüseynov mükafatın "Karvan"ın yaxşı tərəfdən göstərdiyi vaxtlarda təsis edilməməsinə təəssüfləndiyini bildirib: "Yoxsa mükafat qazanan futbolçularımızın sayı-hesabı olmazdı.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video