Ramin Musayev: «İlk «altılıq»dakı bütün oyunlar canlı yayımlanacaq»

XƏBƏR 6 Aprel 2010 / 15:35 2194
-  A +

Unibank Premyer Liqasının ilk «altılığ»ının bu həftə keçiriləcək üç oyununun hamısı canlı yayımla nümayiş etdiriləcək. Bu barədə Qol.Az-a Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. Onun sözlərinə görə, bundan öncəki turda əsas oyunların yayımlanmamasından sonra yaranan narazılıqlarla bağlı çempionatın yayım hüququnu alan Azərbaycan dövlət televiziyasına müraciət edib və məsələ müsbət həllini tapıb.
Qeyd edək ki, son turda ilk «altılıq»dakı bütün oyunlar canlı yayımlanmışdı.


Son xəbərlər