Qol.Az-ın suallarını «Neftçi»nin oyunçusu Rəşad Abdullayev cavablandırır
- «Neftçi» son oyunda yaxşı təsir bağışlasa da, «Qəbələ»yə məğlub oldu. Fikrincə, məğlubiyyətin səbəbləri nə idi?
- Nəinki son oyunda, eləcə də «Xəzər Lənkəran» və «İnter»lə matçlarda da yaxşı oyun sərgilədik. «Qəbələ» ilə oyunda da pis deyil, əksinə yaxşı oynadıq. Son matçda bütün oyun ərzində üstün tərəf biz idik, amma bəxt amili özünü göstərdi. Biz həmin oyunda yalnız şanssız olduğumuza görə məğlub olduq. Komandada çoxlu islahatlar aparılıb. Çox sevindirici haldır ki, belə köklü dəyişikliklə rəğmən komandamız öz oyununu tapıb. Ümidvaram ki, yaxşı oyunumuzu gələcək matçlarda sərfəli nəticələrlə tamamlayacağıq.
- «Qəbələ» ilə oyunda müəyyən gərginliklər yaşandı.
- Futbolda bu cür halların yaşanması adi haldır. Oyunlarda belə hallar tez-tez olur. Məhz «Qəbələ» ilə oyunda yaşananlar da belə hallardan biri idi. Əlbəttə, belə halların yaşanması çox üzücüdür. Amma istər-istəməz matçı qazanmaq istəyi bu cür vəziyyətə gətirib çıxarır. Burada hər iki komanda oyunçularının səhvi var idi. Bəziləri bizim «fair-play» qaydalarına əməl etmədiyimizi bildirir. Fikrimcə, biz komanda olaraq bu qaydaları gözəl bilirik və həmin oyunda buna artıqlaması ilə əməl etdik. Oyun zamanı «Qəbələ»nin futbolçusu zədələnəndə top məndə idi və onu qapı xəttindən çıxardım. Lakin qarşı tərəf daha sonra topu bizə vermədi. Bundan sonra müəyyən gərginlik yarandı.
- Qarşıda sizi «Qarabağ»la çətin oyun gözləyir. Bu komandada işlər yolunda getmir. Həmin matçdan gözləntiləriniz nədir?
- Düzdür, «Qarabağ»da bizim kimi son oyunlarda pis nəticələr alır. Hər iki komanda qələbə qazanaraq pis gedişə son qoymaq istəyəcək. Bu amil qarşıdakı matçın gərginliyindən xəbər verir. «Qarabağ»la oyunumuz çox çətin keçəcək. Amma bu oyunda qələbə qazancağımıza inanıram. İtirəcəyimiz bir şey yoxdur. Yaxşı oyun göstərərək, qələbə qazanmağa çalışacağıq. Meydana yalnız qələbə üçün çıxacağıq.
- Berti Foqts millinin heyətini açıqlayıb. Siyahıda yenə də sənin adın yoxdur. Özünü milli komandada görürsənmi?
- Bu, məşqçinin seçimidir, ona hörmətlə yanaşıram. Sadəcə, milli komandada çıxış etməyə layiq oyun göstərirəm. Əgər məşqçinin rəğbətini qazanaraq, milliyə çağırılaramsa, bunu məmnuniyyətlə qəbul edərəm.
- Yəqin ki, milliyə çağırılan oyunçuların siyahısından xəbərin var. Heyəti necə qiymətləndirirsən?
- Artıq milli komandaya yerli oyunçuların çağırılması sevindirici haldır. Həmçinin gənc oyunçuların çağırılması da təqdirəlayiq haldır. Fikrimcə, hər bir oyunçuya millidə Foqts tərəfindən şans verilməsi yüksək qiymətləndirilməlidir.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
İspaniya Xorvatiyaya belə qalib gəldi - Video