Premyer Liqanın ən yaxşı futbolçuları elan olundu

XƏBƏR 6 Aprel 2010 / 15:05 2253
-  A +

Unibank və Peşəkar Futbol Liqası Premyer Liqanın ən yaxşı oyunçularının adlarını açıqlayıb. Qol.Az-ın məlumatına görə, «Karvan»ın hücumçusu Xaqani Məmmədov fevral, «Neftçi»nin yarımmüdafiəçisi Araz Abdullayev isə mart ayı üçün Premyer Liqanın ən yaxşı futbolçuları elan olunublar.

Qeyd edək ki, qaliblərə PFL rəhbərliyi tərəfindən hədiyyələr, Premyer Liqanın baş sponsoru olan “Unibank” tərəfindən isə 1111 manat məbləğində pul mükafatı verilib.

Araz Abdullayev gənclərdən ibarət millinin heyətində təlim-məşq toplanışında olduğuna görə mükafat "Neftçi"nin baş məşqçisi Arif Əsədova təqdim edilib.


Son xəbərlər