İlqar Qurbanov məşqlərə başladı

XƏBƏR 5 Aprel 2010 / 19:40 1854
-  A +

Zədə üzündən uzun müddət heyətdən kənarda qalan "Olimpik-Şüvəlan" klubunun futbolçusu İlqar Qurbanov artıq məşqlərə başlayıb. Qol.Az-ın klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ayaq barmaqlarındakı sınıqdan əziyyət çəkən İ.Qurbanov hələlik həkim nəzarətində məşq edir. Futbolçunun yaxın günlərdə yaşıl meydanlara dönəcəyi bildirilir. Digər zədəlilər - Draqan Mandiç və Aqil Nəbiyev də fərdi məşqlərə başlayıblar. Onların hər ikisinin növbəti turda meydana çıxacağı gözlənilir.   

Son xəbərlər