Bakının “İnter” klubunun və Gürcüstan milli komandasının qapıçısı Georgi Lomayanın müsahibəsi
- “İnter” uğurlu nəticələr qazanaraq, çempionatın ilk pilləsində qərarlaşıb. Bu fakt komandanızın yaxşı formada olmasına sübutdurmu?
- Bəli, komandamız çox yaxşı formadadır. Çünki rəhbərlik, məşqçilər, futbolçular və komandada olanlar yaxşı insanlardır, komandanın əla formada olması üçün yaxşı mənada əllərindən gələni əsirgəmirlər. Hər zaman bir-birimizə hörmət edirik. Əgər bir komandada bütün işlər qaydasında gedirsə və insanlar arasında qarşılıqlı hörmət varsa, o zaman orada problem olmayacaq. Az öncə qeyd etdiyim kimi, biz də bu uğurlu yolla addımlayırıq. Azərbaycana futbol oynamağa gələndə qarşıma uğur qazanmaq məqsədi qoymuşdum. Çempionata çox yaxşı start götürdük, qələbələr qazanıb, aktivimizdəki xalların sayını artırdıq. Düzdür, bu yolda asan və çox çətin keçən matçlarımız da olub. Buna baxmayaraq, liderliyimizi qoruya bilmişik. Bu yeri isə heç kimə vermək fikrimiz yoxdur.
- Səncə, indidən “İnter” çempion olacaq” demək olarmı?
- Hələlik, xeyr. Bunun üçün çox çalışmaq lazımdır. Bizdən çempionluq gözləyənlər çoxdur. Lakin bilirəm ki, bu, asan başa gəlməyəcək. İlk “alıtlıq”da olan hər bir komanda güclü və səviyyəlidir. Buna görə də indidən kiminsə çempion olacağını söyləmək çox çətindir. Lakin bir reallıq var ki, biz çempion olmağı çox istəyirik.
- Çempionluq yolunda özünüzə əsas rəqib kimi hansı komandanı görürsən?
- “Xəzər Lənkəran” və “Qarabağ”ı çempionatın güclü və çempion ola biləcək klubları hesab edirəm. Əlbəttə ki, bizdən sonra.
- Bu yaxınlarda belə bir açıqlama verdin: “Nədənsə, hər oyunda hakimlər bizim qapımıza penalti təyin edir”...
- Məgər səhv deyirəm? Bu qərarlardan bezmişik. Nədənsə, bizi sevmirlər. Cari mövsümdə cəmi bir dəfə rəqib qapısına penalti vurmuşuq. Rəqiblərimiz isə demək olar ki, hər oyunda qapımıza onbirmetrlik cərimə zərbəsi vururlar. Halbuki rəqib futbolçular cərimə meydançası daxilində dəfələrlə bizim futbolçulara qarşı kobud oynayıblar. Bu, düzgün iş deyil axı. Nəyə görə bizə qarşı belə hərəkətlər olmalıdır? Eybi yox. Bizi istəməyən insanların acığına hər oyunda qələbə qazanıb, sonda çempionluğu bayram edəcəyik.
- Komandanızın prezidenti Georgi Nikolov qalan oyunlarınızı idarə etmək üçün PFL-dən əcnəbi hakimlərin gətirilməsini tələb edir. Bu məsələyə sənin münasibətini bilmək maraqlı olardı...
- Bu, bizə aid məsələ deyil. Amma matçları əcnəbi hakimlər idarə etsəydilər, çempionat daha da maraqlı və baxımlı keçərdi.
- Yerli hakimlərdən narazısan?
- Mən təmiz və “Fair play” çərçivəsində keçirilən oyunların iştirakçısı olmaq istəyirəm. Əlbəttə, Azərbaycanda da yaxşı hakimlər var. Əgər onlar qarşılaşmaları qərəzsiz və dəqiq idarə etsələr, bu, sizin futbolunuzun inkişafına böyük kömək olar.
- Nəyə görə “İnter”də yerli futbolçular azlıq təşkil edirlər?
- Azərbaycanda “Qarabağ”dan başqa digər klubların hamısı legionerlərlə doludur. Amma bizim komandada yerli futbolçular yetərincədir. Onların meydançaya çıxıb-çıxmamalarına isə məşqçilər korpusu qərar verir.
- Şərəfini qoruduğun Gürcüstan millisinin hazırkı durumunu necə dəyərləndirirsən?
- Nə yaxşı, nə də pis. Yeni baş məşqçi Temuri Ketsbaya təyin olunub. Millimiz üçün yeni dövr başlanıb. Bu dövr isə çox önəmlidir. Seçmə mərhələyə uğurlu start götürmək əla olar.
- Millidə keçirdiyin ən yaxşı oyununu xatırlayırsanmı?
- Milli komanda elədir ki, burada ölkənin şərəfini və adını qoruyursan. Yığmada forma geyinmək bütün futbolçuların arzusudur. 2003-ci ildə Aç-2004-ün seçmə qrup oyununda evdə Rusiyaya qarşı oyunu unuda bilmirəm. Həmin matç millidə debütüm idi və Malxaz Asatianinin vurduğu qolla rəqibi 1:0 hesabı ilə məğlub etmişdik.
- Azərbaycanda çıxış edən digər gürcülərlə münasibətin necədir?
- Hamısı ilə dost kimiyəm.Çünki burada oynayan gürcüstanlı futbolçuların əksəri ilə bir zamanlar eyni komandanın şərəfini qorumuşam.
- Deyəsən, Azərbaycan dilində danışmağı da öyrənmisən...
- Yavaş-yavaş öyrənirəm (Lomaya bu sözləri də bizim dildə dedi – red.).
Mənbə: “Çempion-Azərbaycan” qəzeti
Müsahibə ixtisarla dərc olunub.
Flikin "Barselona"sı Valverdenin rekorduna yaxınlaşır
Dörd gün ərzində iki qırmızı vərəqə aldı
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
"Titullar meydanda qazanılır"
"Kristal Pelas"da Şon Dayç dövrü başlaya bilər
"Son oyunundan məmnun qalmadım, rotasiya etdik"
"Tottenhem"dən ağır məğlubiyyət
Səfər qadağası "Ayaks" azarkeşlərini dayandırmadı - Video
Nəriman ilk oyunundan paylaşım etdi - Şəkillər
Sonuncu pillədə yer alan klubda yeni baş məşqçi təyinatı
"Barselona" liderliyini möhkəmləndirdi
"Mançester Siti" final matçına itki ilə çıxacaq
Azərbaycan millisinin yekun heyəti açıqlandı
İrqçi təhqirlərə görə Premyer Liqa matçı dayandırıldı
"Barselona" futbolçularından sabiq ulduza ad günü jesti
Kökçünün komandası yenə uduzdu
Bakıya gələ bilməyən millinin baş məşqçisi istefa verdi
Tanınmış futbolçu karyerasını bitirdi
Emin Mahmudov Qurban Qurbanova çatdı
Mikels Nasimovun rekordunu təkrarladı
Mahir Emreli Miroslav Kloze ilə görüşdü - Şəkillər
Modriç "Top-5" liqalarında 2-ci oldu
665 gün sonra meydana qayıtdı
Yaxın Şərqdəki vəziyyətə görə Bakıya gələ bilməyəcəklər
Azərbaycan futzal millisinin heyəti açıqlandı
"Çelsi"nin böyük hesablı məğlubiyyəti - Video
Zamiq Əliyevin komandasından heç-heçə
Azərbaycanlı futbolçunun komandası 4 qolla qalib gəldi
"Liverpul" Salahı itirdi
“Bavariya” və “Borussiya”dan qələbə
Nəriman Axundzadə MLS-də debüt etdi
"Lion" heyətində çıxış etməyən oyunçu üçün cərimə ödəyəcək
Əllə oyun olsa da, hakim penalti təyin etmədi - Şəkil
Bundesliqa matçında 6 qol vuruldu, qalib bəlli olmadı
"Tottenhem" 5 penalti qaytaran qapıçıya göz dikdi
"Liverpul"dan 10 ildən sonrakı ilk antirekord
"Barselona" onunla sağollaşa bilər
"Turan Tovuz" "Qəbələ"ni belə məğlub etdi - Video
Ekitike sıradan çıxdı, milliyə qoşula bilməyəcək
"İddialı danışmaq üçün hələ çox tezdir" - Kurban Berdiyev