Cavadovun komandası liderliyini daha da möhkəmləndirdi

XƏBƏR 4 Aprel 2010 / 14:12 2247
-  A +

Hollandiya çempionatında XXX turun oyunları keçirilib. Qol.Az-ın xəbərinə görə, millimizin hücumçusu Vaqif Cavadovun şərəfini qoruduğu “Tvente” səfər matçını 3 xalla başa vurub. Enshede təmsilçisi “Venlo” ilə qarşılaşma 2:0 hesablı qələbəyə sevinib. Qolları Nkufo (38) və Ruis (88) vurub. Milli komandamızın futbolçusu bu görüşdə də meydana çıxa bilməyib.

Qazanılan qələbədən sonra “Tvente” 77 xalla zirvədəki mövqeyini möhkəmləndirib. İkinci pillədə qərarlaşan “Ayaks” 70 xal toplayıb.


Son xəbərlər