Bü gün AFFA prezidenti Rövnəq Abdullayevin doğum günüdür.
Rövnəq Abdullayev 1965-ci il aprelin 3-də Naxçıvan şəhərində doğulub. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsinə daxil olub. 1983-1985-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub. 1985-ci ildə köçürmə yolu ilə V.V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna göndərilib, 1989-cu ildə həmin institutu bitirərək “Neft Daşları”nda əmək fəaliyyətinə başlayıb.
1990-cı ildən “28 May” NQçİ-də əsaslı tikinti şöbəsində mühəndis, 1991-ci ildən “Xəzərdənizneftqazinşaat” Trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin istehsalat texniki şöbəsinin rəisi, 1994-cü ildə isə həmin idarənin baş mühəndisi vəzifələrində çalışıb. 1997-ci ildən “Xəzərdənizneftqaztikinti”trestinin müdiri vəzifəsində işləyib, 31 mart 2003-cü il tarixdə Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun direktoru vəzifəsinə təyin edilib. 6 noyabr 2005-ci il tarixdə üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 9 dekabr 2005-ci il tarixdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti vəzifəsinə təyin edilib.
2004-cü ilin fevralından “Neftçi” Peşəkar Futbol Klubunun prezidenti olub, 2008-ci ildən AFFA prezidentidir. Onun rəhbərliyi altında komanda 2004 və 2005-ci illərdə Azərbaycan çempionu olub, 2004-cü ildə ölkə kubokunu qazanıb. 2005-ci ildən MDB və Baltikyanı ölkələrin çempionlarının “Birlik kuboku” turnirində yalnız finalda uduzaraq ikinci yeri tutan “Neftçi” həmin il Ermənistan çempionu “Pünik”i məğlub etməklə futbol tariximiz üçün vacib olan qələbə qazanıb. R. Abdullayevin kluba rəhbərlik etdiyi dövrdə görülən işlər beynəlxalq arenada da tezliklə bəhrəsini verib. 2006-cı ildə “Birlik kuboku”nu qazanan “Neftçi” iki il ardıcıl olaraq UEFA çempionlar Liqasında mərhələ keçib.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.
2005-ci il noyabrın 6-da 24 saylı Nizami birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 2 övladı var.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı