Türkiyə futbolunda növbəti qalmaqal yaranıb. Qol.Az-ın “Vətən” qəzetinə stinadən verdiyi məlumata görə, “Gənclərbirliyi” klubunun prezidenti İlhan Cavcav Respublika Prokurorluğuna istintaqa çağırılan zaman Türkiyənin AVRO-1996-nın seçmə mərhələsində Macarıstanla oyunda rəqib qapıçı Jolt Petrini satın aldığını etiraf edib.
Cavca bildirib ki, həmin dövrdə Ankara təmsilçisinin şərəfini qoruyan Macarıstan yığmasının qapıçısı Türkiyə Futbol Federasiyasından (TFF) 25 min dollar rüşvət alıb: “Oyun alqı-satqısını federasiya rəhbərliyi həyata keçirib. Bizim klubda qapıçı Petri vardı. O, öz ölkəsini satdı. Federasiya gizlincə ona 25 min dollar verib. Mən də bunu öyrənən kimi müqaviləsi olmasına baxmayaraq, onu komandadan qovdum”.
Həmin vaxt İsveçlə birlikdə 2-ci yer uğrunda mübarizə aparan Fatih Terimin komandası Macarıstanla oyunda Hakan Şükürün qolları sayəsində qələbə (2:0) qazanmış və sonda tarixində ilk dəfə olaraq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışdı.
Maraqlıdır ki, Petri 1996-cı ildən Macarıstan millisinə dəvət almayıb. 2008-ci ildə Macarıstan millisinin qapıçı məşqçisi olan 43 yaşlı mütəxəssis hazırda Almaniya “Hoffenheim”ində eyni vəzifəni tutur.
Qeyd edək ki, TFF-nin oyun satın aldığı barəsində keçmiş hakim Erman Toroğlu da “TRT Haber” kanalının bir proqramında bəyanat verib. Lakin o, konkret heç bir oyun haqqında danışmayıb.
İlhan Cavcavın bu açıqlaması kecmiş futbolçuların etirazına səbəb olub. 1996-cı ildə Türkiyə millisində oynamış Bülənt Qorxmaz bu bəyanatın futbolçuların əməyini kölgə salmaq kimi deyərləndirib. Sərgən Yalçın isə məhkəmə müraciət etməyi məsləhət bilib.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı