Qyoko Hacıyevski: «Çempion olacağıq!»

XƏBƏR 14 Yanvar 2009 / 18:22 2619
-  A +

«Komandamıza əla şərait yaradılıb. İnanıram ki, bu il çempion olacağıq». Qol.Az-ın məlumatına görə, Bakı Özəl Türk Liseyində şagirdlərin suallarını cavablandırarkən «Bakı» klubunun baş məşqçisi Qyoko Hacıyevski belə deyib. Makedoniyalı mütəxəssis bildirib ki, liderlə aradakı 2 xal fərqini aradan qaldırmaq problem olmayacaq: «Bunun üçün kifayət qədər güclü heyətimiz var. Yeni transferlərimiz ürəyimcədir». Q.Hacıyevski çempionluq uğrunda mübarizədə «İnter» və «Xəzər-Lənkəran»ı əsas rəqib hesab edib: «İkinci dövrəyə yüksək səviyyədə hazırlıq keçmək üçün Antalyaya gedəcəyik. Təlim-məşq toplanışı ilə yanaşı, yoxlama oyunları keçirəcəyik. Hətta yanvarın 18-də «Köln»lə qarşılaşacağıq. Avropa ilə müqayisədə hansı gücdə olduğumuz məlum olacaq».


Son xəbərlər