«Hesab edirəm ki, Azərbaycan çempionatında zəif komanda yoxdur. «Bakı» da kifayət qədər güclü komandalardan biridr. Komandamızda heç bir itki yoxdur və «İnter»lə oyuna tam heyətlə hazırlaşırıq. Komandada yüksək əhval-ruhiyyə var». Bu sözləri Qol.Az saytına açıqlamasında «Bakı»nın məşqçisi Məqsəd Yaqubəliyev deyib. Onun sözlərinə görə, qarşıdakı turda ilk "altılığ"ın birincisi olan «İnter»lə oynamaları komandanı bu görüşə daha artıq kökləndirib. Komandada bütün işlərin yolunda getdiyini qeyd edən M.Yaqubəliyev meydana yalnız qələbə üçün çıxacaqlarını bildirib: «Düzdür, «İnter» zəif komanda deyil, amma biz də kifayət qədər güclüyük. Bu amil oyunun yetərincə çətin keçəcəyinə bir işarədir. Amma rəqib meydanında oynamağımıza baxmayaraq, matça sadəcə qələbə üçün çıxacağıq. Oyunu qələbə ilə başa vurmaq haqda düşünürük. Çünki məğlubiyyət bizi ilk pillədən xeyli uzaqlaşdırmış olar. Futbolçularımız bunu başa düşərək qələbə əzmi ilə oynayacaqlar».
Son zamanlar «Bakı»nın bir o qədər də uğurlu çıxış etməməsi fikri ilə razılaşmayan məşqçi bütün komandaların bir-birinə yaxın formada oyun sərgilədiyini qeyd edib: «Deməzdim ki, «Bakı» son zamanlar zəif təsir bağışlayır. Bu barədə söylənilənlərlə razı deyiləm. Komandamız uğursuz çıxış etmir, sadəcə sabit oyun göstərə bilmir. Çünki ilk "altılıq"dakı komandalar kifayət qədər güclü kolektivlərdir. Onların hamısından xal almaq o qədər də asan məsələ deyil. Buna görə də bir oyunda qələbə qazanan klub digər matçda ya heç-heçə edir, ya da məğlub olur. Yəni sizin uğursuz çıxış dediyiniz bu məsələ əslində bütün komandalara aiddir. Çempionatda ardıcıl olaraq qələbə qazanaraq, yoluna itkisiz davam edən komanda yoxdur».
M.Yaqubəliyev bütün komandaların çempionluq şanslarının bərabər olduğunu bildirib. O, çempion olmaq üçün sabit çıxış etmələrinin zəruriliyini deyib.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı