“Bakı”nın sabiq baş məşqçisi Bülənt Qorxmaz Türkiyənin “NTV Spor” telekanalının futbol proqramının qonağı olub. 42 yaşlı mütəxəssis müxtəlif mövzularda sualları cavablandırıb. O, Azərbaycana gəlişi, burada futbolun vəziyyəti və istefasının səbəbləri barədə danışıb: “Problemlərin olduğu bir ölkəyə getdiyimi bilirdim. Eyni zamanda, çatışmazlıqları aradan qaldıracağıma inanırdım. Orada 3 məqsəd üçün mübarizə aparırdım. Qarşıya qoyulan vəzifələrin öhdəsindən müəyyən qədər gəldim. Həm baza yaratdıq, həm ilk “altılığ”a düşdük, həm də gənc futbolçuların əsas heyətdə oynamalarını təmin etdik”. Qorxmaz Azərbaycandakı meydançaların vəziyyətindən şikayətlənib: “Orada təbii örtüklü meydança tapmaq olduqca çətin məsələdir. Sadəcə Tofiq Bəhramov adına Respublika stadionu təbii örtüyə malikdir. Biz də ev oyunlarımızı orada keçirirdik”. Qorxmaz istefası ilə bağlı məsələyə növbəti dəfə aydınlıq gətirib: “10-cu yerdə olan komandanı 3-cü pilləyə gətirmişdik. “Bakı” 14 oyun idi ki, uduzmurdu. Əlbəttə, belə bir məqamda məndən icazəsiz toplantı keçirmələrini qəbul edə bilməzdim. Bu toplantıların həmişə olacağını bilincə vəzifəmdən istefa verdim. Orada tam fərqli təcrübələr qazandım. çox təəccüblü və maraqlı idi. İnsan belə şeyləri gördükcə daha yaxşı formalaşır. Buna görə də onlara təşəkkürümü bildirirəm”.
FTB Argentina Futbol Federasiyasının prezidentini saxladı
Kazemiro Messinin komanda yoldaşı oldu
“Neftçi” Bakıda 4 qol buraxıb uduzdu
"Mərhələ keçmək üçün ilk addımı sabah atmalıyıq"
"Qarabağ"a qarşı hücum futbolu sərgiləmək istəyirik"
Portuqaliya millisinin sabiq üzvü "Kəpəz"də
"Qarabağ"ı yaxşı təhlil etmişik" - SSKA-nın baş məşqçisi
"Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
Yamal: "Messi mənə dedi ki..."
Buskets "Barselona"ya qayıda bilər
"Neftçi" - "Dinamo": Heyətlər
“Qarabağ”da hər şey yaxşıya doğru gedir” - Qurban Qurbanov
"Kəpəz" ayrılığı açıqladı
"Mançester Siti" Fodenlə müqaviləni uzatdı
"Şəfa"dan 12-ci transfer
İtaliyada idman jurnalisti amansızlıqla qətlə yetirilib
"Neftçi" Varqasın transferini açıqladı
“Neftçi” və “Qarabağ”a görə metroda iş rejimi dəyişdi
Oçoa karyerasını başa vurdu
Güləş millimizin dünya çempionatı üçün heyəti açıqlandı
Tanınmış futbolçu ABŞ klubundan ayrıldı
"Milan"ın Modriç qərarı bilindi
"Neftçi"dən ayrılıb bu kluba keçdi
"Çelsi" belə geyinəcək - Şəkil
Belçika millisinin yeni baş məşqçisi müəyyənləşdi
"Liverpul" 17 yaşlı istedadı transfer etdi
"Fənərbaxça"nın qələbəsi - Video
"Çelsi" tarixinin ən bahalı transferini açıqladı
"Argentinanın bu performansla çempion olması ayıb olardı"
"Sabah"ın ÇL-də ardıcıl 3-cü qələbəsi - Video
Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmləndirib
"Fənərbaxça"dan qələbə
Konfrans Liqasında 3 oyun
"Sabah"ın potensial rəqiblərinin oyununda 5 qol
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi
“Sabah” "KuPS"a qalib gəldi
SSKA "Qarabağ"la Bakıdakı oyunda azarkeşsiz qalacaq