Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Vasl” klubunda çalışan azərbaycanlı həkim-fizioterapevt Rahim Məhərəmovun komandası Körfəz klubları kubokunun finalına vəsiqə qazanıb. Qol.A-ın məlumatına görə, bu haqda o, PFL-in rəsmi saytına müsahibəsində bildirib. "Hazırda ölkə çempionatında 5-ci pillədəyik. Növbəti oyunumuzu aprelin 8-də “Əl-Əhli” klubuna qarşı keçirəcəyik. Yerli derbi sayılan oyuna hazırlıq öz qaydasında gedir. Qeyd edim ki, "Əl-Əhli" klubunda digər həmyerlimiz, həkim-massajçı Faiq Hüseynov çalışır. Eyni zamanda bir neçə gün öncə Körfəz klubları kubokunun finalına vəsiqə qazanmışıq. Kubokun final oyunu iki görüşdən ibarətdir. Bu turnirdə qalib gəlmək qarşımıza məqsəd qoyulub."
Uzun müddət “Şəmkir”, “Karvan”, “Standard”, “Neftçi” kimi klublarda işləyən gənc mütəxəssis Azərbaycan və BƏƏ futbolunu müqayisə edib: "Buradakı komandaların fiziki hazırlığı çox yüksəkdir. Komandaların heyətində 4-5 legioner futbolçu çıxış edir. Lakin bu futbolçuların səviyyəsi çox yüksəkdir. İşlədiyim “Əl-Vasl” klubunun eyni səviyyəli 1 oyun, 7 məşq meydançası var. Klubun hər cür şəraitə malik idman bazası var. Burada klubun inzibati heyətinin, həmçinin komandanın hazırlığı üçün çox yaxşı şərait yaradılıb. Çox istərdim ki, Azərbaycan klubları da texniki təchizat baxımından bu səviyyəyə gəlsinlər".
Gələcək planlar haqqında danışan R.Məhərrəmov aşağıdakıları qeyd edib: " “Əl-Vasl” klubu ilə 1,5 illik müqaviləm var. Bu müddət ərzində daha çox təcrübə toplamağa çalışacam. Qeyd edim ki, aprelin 8-9-da Dubayda İran Körfəzi ölkələrinin həkim-fizioterapevtlərinin konfransı keçiriləcək. Tədbirdə bizim klubu təmsil etmək mənə həvalə olunub".
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
Tuhel İngiltərə millisində rekorda imza atdı
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı