Bernhard Lippert: "Əsas diqqəti fiziki hazırlığa yönəldəcəyik"

Bernhard Lippert: "Əsas diqqəti fiziki hazırlığa yönəldəcəyik"
XƏBƏR 1 Aprel 2010 / 19:00 2122
-  A +

İtaliyanın Olbia şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Bernhard Lippert AFFA-nın rəsmi saytına fikirlərini bildirib:  «Hesab edirəm ki, komandanın vəziyyəti yaxşıdır. Toplanışa dəvət olunan futbolçuların, demək olar ki, hamısı klublarının heyətində oyunlara çıxır. Almaniyada keçirilən hazırlıq prosesindən az vaxt keçib və indi heyəti komplektləşdirməyə çalışırıq. Turnirdən sonra taktiki cəhətdən hazırlaşmaq üçıün daha yaxşı imkanımız olacaq. Əsas diqqəti fiziki hazırlığın da yüksəldilməsinə yönəldəcəyik. Turnirdə keçirilən oyunlar futbolçulardan çoxlu güc tələb edəcək.
Düşünürəm ki, Avropa çempionatının elit-raunduna qədər komandanı istədiyimiz kimi formalaşdıra biləcəyik. Burayageniş heyətlə gəlmişik və indi yığmanın düşərgəsində olan futbolçulardan 4 nəfəri elit-raunda qədər bizdən ayrılacaq. Oyunçuların sayının çoxluğu rəqabətin böyük olmasına imkan verir.
Turnirdə iştirak edəcək komandaların səviyyəsi yüksəkdir. Gücümüzü məhz belə komandalarla oyunlarda sınamalıyıq. Bu oyunlarda özünü yaxşı tərəfdən göstərənlər elit-raundda iştirak edəcək heyətdə öz yerini alacaq.
Burada atmosfer yaxşıdır, hava şəraiti, demək olar ki, Türkiyə ilə eynidir və rəqiblərimiz elit-raunda hazırlaşmaq üçün optimal komandalardır».

Son xəbərlər