Arda Turandan sensasiyalı təklif

XƏBƏR 1 Aprel 2010 / 15:57 2353
-  A +

«Qalatasaray»ın kapitanı, Türkiyə milli komandasının üzvü Arda Turan maraqlı açıqlama ilə çıxış edib. Qol.Az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Arda əzəli rəqibləri olan «Fənərbaxça» klubuna məxsus olan «Şükrü Saracoğlu» stadionunun milli stadion olması təklifilə çıxış edib. O, milli komandanın bütün ev oyunlarını bir stadionda keçirilməsi üçün belə bir stadionunun müəyyənləşdirilməsinin zəruriliyini bildirib. Arda bu stadionun azərkeşlərin rəqibə daha çox təzyiq etməsi üçün imkan verdiyini bildirib.


Son xəbərlər