Millimizin ilk rəqibi "Yuventus" olacaq

Millimizin ilk rəqibi "Yuventus" olacaq
XƏBƏR 1 Aprel 2010 / 14:06 1974
-  A +

Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi aprelin 2-dən 5-dək İtaliyanın Olbia şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edəcək. Millimiz A qrupunda «Yuventus» və «Olimpik» (Marsel) komandaları ilə mübarizə aparacaq. U-19 ilk oyununu sabah – aprelin 2-də, Bakı vaxtı ilə saat 18:30-da «Yuventus»a qarşı keçirəcək.
Turnirdə iştirak edən digər komandaların qruplar üzrə bölgüsünü diqqətinizə çatdırırıq:

B qrupu
«Atalanta»
«Bayer» (Leverkuzen)
«Rusenborq»
 
C qrupu
«Roma»
«Kuin Park Reyncers»
«Şaxtyor»
 
D qrupu
«Kalyari»
«Zenit»
«Slaviya» (Praqa)

Mənbə: affa.az


Son xəbərlər