Yaşar Abuzərov “Qəbələ”də

XƏBƏR 14 Yanvar 2009 / 16:22 3005
-  A +

“Olimpik”dən ayrıldıqdan sonra bir müddət klubsuz qalan Yaşar Abuzərov bundan sonra “Qəbələ”nin şərəfini qoruyacaq. Qol.Az-in məlumatına görə, bir müddətdir ki, Qəbələ klubunda hazirlıq keçən Abuzərovun oyunu baş məşqçi Ramiz Məmmədovu razı salıb. Artıq tərəflər bütün məsələlərdə razılığa gəliblər. Yaşarın yeni klubunda hansı forma altında çıxış edəcəyi isə yaxın günlərdə məlum olacaq. Qeyd edək Abuzərov “Bakı”da və “Olimpik”də 77 nömrə altında çıxış edib ki, bu da, futbolçunun təvəllüdünü göstərir.


Son xəbərlər