“Haqqımda çıxarılan qərarla tam razıyam. Bu cəzanı veriblərsə, demək haqlı cəzadır”. Bu sözləri Unibank Premyer Liqasının XXV turunda “Xəzər-Lənkəran” və “Neftçi” arasında keçirilmiş matçda döyülən baş hakim Əfqan Həmzəyev deyib. O bildirib ki, AFFA Hakimlər Komitəsi tərəfindən 3 oyunluq diskvalifikasiyaya məruz qalması görüşü qeyri-obyektiv idarə etməsi ilə bağlı deyil.
Bu, onun oyunqabağı səhlənkarlığa yol verməsi ilə əlaqədardır: “Özümlə qulaqcıq aparmadığım və “bip” siqnalımın işləmədiyi üçün diskvalifikasiya edilmişəm. “Bip” siqnalı oyuna yarım saat qalmış xarab oldu. Qulaqcığı isə özümlə Lənkərana aparmamışdım. Bu da səbəbsiz deyildi. Qulaqcıqlardan 2-si hakim yoldaşlarımda idi. AFFA-da olan daha 2 qulaqcıq isə işləmirdi”.
Qərardan şikayət etmək fikrində olmadığını bildirən çimərlik futbolu üzrə FİFA referisi “Əgər AFFA prezidenti belə məsləhət bilibsə, elə də olmalıdır. Heç bir etiraz etmək fikrində deyiləm. Nə ediblərsə, düz ediblər” deyib.
Bununla belə, Həmzəyev oyunqabağı baş verənlərlə bağlı geniş danışmaqdan imtina edib: “Çox şeylər olub, amma açıqlamaq istəmirəm”.
Mənbə: lent.az
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi