“Bakı” klubunun vitse-prezidenti Tunc Avşar bu günlərdə İtaliyada işgüzar səfərdə olub. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Avşar səfərin məqsədi və İtaliyada keçirdiyi görüşlər barədə bunları deyib: “Səfərimin iki məqsədi var idi. Öncə “Errea” şirkətinin “Bakı” futbol klubu üçün 2010-cı il dizaynlı formaları ilə tanış oldum. Həmin dizaynları klubumuzun prezidenti Hafiz Məmmədova təqdim edəcəyəm. Eyni zamanda “Errea” şirkəti Azərbaycan milli komandası üçün də müxtəlif dizaynlar hazırlayıb. Onları da AFFA-nın baş katibi Elxan Məmmədova təqdim etdik. “Bakı” futbol klubunun əməkdaşlıq etdiyi “Errea” şirkəti idman formaları və ləvazimatlarla təmin etdiyi klublar arasında futbol turniri keçirmək qərarına gəlib. “Errea”nın xidmətindən İtaliya “A” seriyası klublarından “Parma”, “Atalanta”, “Bari”, İngiltərə və Rusiya Premyer Liqa təmsilçilərindən müvafiq olaraq “Barnsli” və “Sibir” kimi tanınmış klublar istifadə edir. İtaliyada olduğum zaman bu turnir barədə də müzakirələr aparıldı. “Bakı” futbol klubunun tanınmış klublarla birgə beynəlxalq yarışda qüvvəsini sınaması bizim üçün çox yaxşı olardı”.
Vitse-prezident eyni zamanda “Bakı” futbol klubunun tezliklə “Parma” ilə əməkdaşlığa başlayacağını söylədi: “Səfərim zamanı, həmçinin, “Parma” klubunun baş katibi Mr.Alessio Paini ilə görüşdüm. Görüş zamanı iki klub arasında qarşılıqlı faydalı əməkdaşlığın başlanması barədə razılıq əldə olundu. “Bakı” futbol klubunun gənc futbolçuları “Parma”nın düşərgəsində hazırlıq keçəcəklər”.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç
Montellanın Türkiyə millisindəki taleyi bəlli oldu