Azərbaycan futboluna əvvəlcə "Arsenal" adı ilə daxil olan, yüksək liqaya vəsiqə qazandıqdan sonra "Standard"a çevrilən premyer liqanın daha bir "bank təmsilçisi" hazırda maliyyə böhranı yaşayır. Qol.Az-ın məlumatına görə hazırda dünyanı ağuşuna almış böhran və məmur Babayevin yüksək postdan getməsi "Bank Standard"a güclü təsir göstərib. Və bunun da nəticəsində onsuz da stabil maliyyə dayaqları olmayan klub daha bir zərbə alıb. Eksperlərin fikrinə görə, kiçik-prezident Babayevin Gəncəyə və ya Sumqayıta köçmək istəyi regionlardakı azarkeşlərə olan sevgidən yox, yalnız stadion və baza problemini xərcsiz həll etmək və bir qədər də yerli icra strukturlarından dəstək almaq məqsədini güdür. Təbii ki, "Standard"ın gündə 2 dəfə, həftədə isə ən azı 10 dəfə məşq etdiyini nəzərə alsaq və bütün bunlara görə "Şəfa"ya pul ödədiklərini düşünsək bunların ayda nə qədər əlavə xərc olduğu aydın görünür. Yoxsa keflərinin yerində olduğu dönəmdə 5-10 model-qızlarla stadiona gələn klub rəsmiləri ölkəmizin ən müasir şəhərində "ən müasir" azarkeş imicindən vaz keçmək istəyərlərmi? Maraqlı burasıdır ki, bölgəyə sığınmaq istəyən klub prezidenti Emin Babayevin mətbuata son müsahibəsində əyalətlərə və bölgə klublarına yuxarıdan aşağı baxdığı aşkar hiss olunur. Və bununla o "müasir"liyindən əl çəkmədiyini və məcburiyyətdən belə addım atdığını göstərmək istəyir. Təsadüfi deyil ki, Babayevin son müsahibəsində hədəf "Karvan", "Qəbələ", "Simurq"dur ki, bu komandaların hamısı bölgələri təmsil edir. Son çempionatın sürpriz komandasına oyun verməyən - uduzan "Standard" rəsmiləri "Simurq" turnir cədvəlində layiq olduğu yerdə deyil" açıqlaması ilə minlərlə Zaqatalalı futbol azarkeşini təhqir edir. Minimum heyətlə maksimumu qazanan "Karvan"ın hədəf götürülməsi isə yəqin Yunis Hüseynov amili ilə bağlıdı. Axı Hüseynov 1 dövrə işlədikdən sonra bu komandadan üz döndərmişdi. "Qəbələ"nin isə ölkə futboluna qatdığı rəng tam başqadır. Etibarlı mənbədən Qol.Az-a daxil olan məlumata görə bütün bunlar batan gəminin kapitanının son açıqlamalarına bənzəyir və "Standard" ya növbəti birincilikdə mövcud olmaya, ya da "Olimpik" kimi başqa insanların idarəçiliyinə verilə bilər. Aydın məsələdir ki, Babayev bölgə futbolunu inkişaf etdirməyi düşünsəydi elə klubu yaradanda onu Gəncəyə köçürərdi. Hansı ki, elə həmin vaxt da Azərbacanın 2-ci şəhəri futbolsuz qalmışdı. Sadəcə indiki açıqlamalar maliyyə böhranında bir bank işçisinin manevrlərinə bənzəməkdən başqa bir şey deyil.
P.S. Yeri gəlmişkən qeyd edək ki, peşəkarlıqdan eninə-boyuna danışan və hamıya ağıl verməyə çalışan Babayevin komandasında bəzən maaşlar, mükafatlar küçələrdə, restoranlarda, kafelərdə verilirmiş. Saat kimi çalışan "Bank Standard" rəhbərliyi eyni mexanizmi Peşəkar Futbol Klubunda tətbiq edə bilməyib. Görünür onlar hələ futbola və futbolçulara da depozit, əmanət, plastik kart gözüylə baxırlar.
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü
Musa “100”ə çatdı
Eşli Koul baş məşqçisi təyin edildi