Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov hesab edir ki, «Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanov bu komandanın millidə çıxış edən futbolçuları ilə əlaqədar almaniyalı mütəxəssis Berti Foqtsla daimi ünsiyyət yaratmalıdır. Qol.Az-ın müxbiri ilə söhbətində A.Mircavadov bildirib ki, futbolçuların millidəki və klubundakı fəaliyyətində ardıcıllıq olmalıdır. «Mən Kamran Ağayev və Rahid Əmirquliyevə görə Foqtsla söhbət etdim. Bu futbolçular millinin düşərgəsindən qayıtdıqdan sonra mən də öz işimi fiziki cəhətdən yüklənməmələri üçün o ardıcıllıqla qururam. Və ya onlar millinin düşərgəsinə gedəndə futbolçulara elə tapşırıq verilməlidir ki, dediyim ardıcıllıq pozulmasın. Qurban Qurbanov da futbolçularının fiziki durumuna görə Foqtsla ünsiyyətdə olmalıdır».
Xatırladaq ki, «Qarabağ»ın son uğursuzluqları daha çox bu komandanın futbolçularının millinin təlim-məşq toplanışlarından klublarının düşərgələrinə yorğun gəlmələri ilə də əlaqələndirilir.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır
Skaloni Messinin vidasından danışdı
"Baş verənlər biabırçılıqdır” - Modriç