Savinov: "Hər bir oyuna sonuncu matç kimi baxırıq"

Savinov: "Hər bir oyuna sonuncu matç kimi baxırıq"
XƏBƏR 25 Mart 2010 / 11:14 2094
-  A +

“Bakı” klubunun müdafiəçisi Aleksey Savinov komandasının gələcək oyunlarına nikbin baxır. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Savinov növbəti matçlara ciddi hazırlaşdıqlarını söyləyib: “Bu mərhələdə hər bir oyuna sonuncu matç kimi baxırıq. Çünki qazandığımız hər bir xal bizim mükafatçılar sırasına düşməyimiz üçün həlledici əhəmiyyətə malikdir. Baş məşqçi istefasından sonra geriyə yolumuz yoxdur. Növbəti oyunlarda bizi ancaq qələbə qane edir. Komandamız xarakter nümayiş etdirərək, avrokuboklara vəsiqə qazanmağa layiq olduğunu sübut edəcək. Qoy, rəqiblərimiz indidən bizi hesabdan silməyə tələsməsinlər!”

Son xəbərlər