Ərdoğan millimizin rəqibinə azarkeşlik edəcək

XƏBƏR 24 Mart 2010 / 22:03 2133
-  A +

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniyanın "Die Zeit" qəzetinə verdiyi müsahibədə futbolla bağlı bir sıra maraqlı fikirlər səsləndirib. Qol.Az-ın məlumatına görə, «Dünya çempionatında hansı komandaya azarkeşlik edəcəksiniz» sualına cavabında baş nazir bildirib ki, son Avropa çempionatının finalında Almaniya və Türkiyənin bayraqları yanaşı dalğalanıb: «Bu möhtəşəm mənzərəni siyasətçilərə yetərincə açıqlaya bildikmi, bilmirəm. Əgər Almaniya bu il dünya çempionatında finalda oynasa, bu komandaya azarkeşlik edəcəyəm».
Türk əsilli futbolçuların Almaniya millisində oynamaları ilə bağlı sualı cavablandıran R.Ərdoğan bunları söyləyib: «Almaniya milli komandasında oynayan türklərlə qürür duyuruq. Ancaq türk əsilli futbolçuların bizim milli komandada oynamalarından da qürur duyarıq. Bütün hallarda insanların şəxsi qərarlarına hörmət etməliyik».
Xatırladaq ki, Almaniya «Avro-2012»nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alır.

Son xəbərlər