"Neftçi" "Xəzər Lənkəran"la matçın hazırlıqlarını davam etdirir

XƏBƏR 24 Mart 2010 / 12:57 2037
-  A +

“Neftçi” klubu Premyer Liqanın XXV turunda səfərdə “Xəzər-Lənkəran”la keçirəcəyi görüşün hazırlıqlarını yüksək əhval-ruhiyyədə davam etdirir. Qol.Az-a klubun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, flaqman bu gün klubun bazasındakı meydançada məşq keçib. "Ağ-qaralar" Lənkərana oyundan bir gün əvvəl yola düşəcək. Qeyd edək ki, “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşması şənbə günü baş tutacaq.

Son xəbərlər