“Təbii ki, Bülənt Korkmaz futbolda sözünü demiş bir insandır. Amma o, getmək qərarına gəldi. Hər birimiz onun qərarına hörmətlə yanaşmalıyıq”. Qol.Az saytının məlumatına görə, bu sözləri “Bakı”nın braziliyalı futbolçusu Jaba klubun rəsmi saytına açıqlamasında deyib.
Peşəkar futbolçu olduqlarını vurğulayan 29 yaşlı hücumçu bu səbəbdən Bülənt Qorxmazın baş məşqçi postundan gedişinin onlara ciddi təsir göstərməyəcəyini bildirib: “Bizim işimiz meydana çıxıb, futbol oynamaqdır. Hazırda komandanın baş məşqçisi postunda kimin olması fərq etməz”.
Cari mövsümdə “Bakı”nın ən məhsuldar futbolçusu olan Jaba növbəti oyunlarda “Neftçi”yə məğlubiyyəti unutdurmağa çalışacaqlarını söyləyib: “Son oyunda məğlub olduğumuz üçün kədərləndik. Amma hələ heç nə itirilməyib. Çalışmalıyıq ki, qarşıdakı oyunlarda daha yaxşı oynayıb, uğurlu nəticə qazanaq”.
Qeyd edək ki, Bülənt Qorxmaz “Bakı”nın Unibank Premyer Liqasının son turunda “Neftçi”yə səfərdə 0:1 hesablı məğlubiyyətdən sonra istefa verib.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır