Türkiyəli futbol azarkeşləri “Bakı” klubundan ayrılan Bülənt Qorxmaz haqda LigTV portalının forumunda şərhlər yazıblar. Qol.Az saytı həmin şərhlərdən bəzi hissələri oxuculara tıqdim edir.
Mazzione: “Bizim kapitanın tez-tez komanda dəyişdirməsi xoş bir hal deyil. Hər hansı kluba baş məşqçilik etmək futbolçu olmaqdan daha fərqlidir. Klubun başında olan zaman müxtəlif tip insanlarla ünsiyyət qurmağı, onlarla yola getməyi bacarmaq lazımdır. Bülənt Qorxmazın inadkarlığı futbolçuya məxsus çox müsbət bir haldır. Amma baş məşqçilik etdiyin zaman inadkarlıq etmək olmaz”.
Aslenefe58: “Məncə, böyük kapitan “Sivasspor” yolundadır. Fikcimcə, Qorxmaz “Sivasspor”a rəhbərlik etsə, komanda bu il birinci liqaya düşməkdən qurtular. Növbəti mövsümdən isə çempionluğa oynayan “Sivasspor” görə bilərik”.
Amoksisili: “Deyəsən, bu gedişlə Bülənt Qorxmazın istefa verdiyi, yaxud qovulduğunu dəqiqliklə öyrənə bilməyəcəyik”
Zəngin: “Heç kim inciməsin, amma Bülənt Qorxmaz Ertuğrul Sağlam kimi baş məşqçi ola bilməz. Əgər “Bursaspor”da Sağlamın əlində Linkoln kimi bir futbolçu olsa, mütləq oynayar. Qorxmaz isə “Qalatasaray”da Linkolnu oynatmırdı. Bülənt Qorxmaz çalışdırdığı komandanın liqada qalmasını, Ərtuğrul Sağlam isə çempion olması üçün çalışar. İki mütəxəssisin futbol fəlsəfəsində böyük fərqlər var”.
Ölənəqədər: “Mən Qorxmazı “Bakı”dan qovublar deyə eşitmişəm”
Yassav: “Məncə, Bülənt Qorxmazın baş məşqçilik karyerası bitdi”.
Selonomi: “Böyük kapitan, sənin tək əksikliyin təcrübəsiz olmağındı. 5-10 ildən sonra daha təcrübəli məşqçi olacaqsan”.
Belcikayseri: “Böyük kapitan, “Kayserispor”a gəl və bizi çempion et”.
Alexiberkan: “Əgər Bülənt Qorxmaz Azərbaycandan qovulubsa, Türkiyədə heç zaman iş tapa bilməz”.
Rəmzi: “Biabirçılıq. Əgər Azərbaycandan da qovulursansa, onda Türkiyəyə niyə dönürsən? Məncə, sən bu işin yaxasın buraq”.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır