AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında I divizionun XIV turunun “Neftçi İSM” - “Bakılı” matçındakı qalmaqallı olaylarla bağlı qərar çıxarılıb. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Bakılı” klubunun futbolçusu Rafiq Əliyev simulyasiyaya görə ikinci sarə vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu bir oyunluq cəzalanıb, klub 20 manat cərimə olunub.
Oyunun 68-ci dəqiqəsində “Bakılı” klubunun futbolçusu Fuad Əliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu iki oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Matçın 68-ci dəqiqəsində “Bakılı” klubu maydançanı tərk edərək oyunu davam etdirmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət və 1000 manat məbləğində cərimə verilib. “Bakılı” klubu meydançanı tərk etdiyi zaman klubun futbolçusu Elnur Hüseynov matçın yan hakiminə bədən xəsarəti yetirdiyi üçün futbolçu 2 il müddətinə cəzalanıb, klub 2000 manat cərimə olunub. Eyni zamanda “Bakılı” klubunun futbolçuları Əli Hüseynov, Təhmuraz Rzayev və klubun prezidenti Misir Əbilov hakimləri təhqir etdiyinə görə futbolçular 2 oyunluq, klubun prezidenti 4 oyunluq cəzalanıb. Bu hadisə ilə əlaqədar olaraq “Bakılı” klubu 800 manat (yuxarıda göstərilən hər bir futbolçuya görə 200 manat, klub prezidentinə görə 400 manat) cərimə olunub.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır