«Bakı» klubu türkiyəli mütəxəssis Bülənt Qorxmazın komandanın baş məşqçisi vəzifəsindən istefa verməsilə bağlı rəsmi açıqlama yayıb. Qol.Az-ın məlumatına görə, açıqlaqlamada deyilir: «»Bu gün komandamızın baş məşqçisi Bülənt Qorxmaz istefa verərək, tutduğu vəzifədən azad olunmasını xahiş edib. Baş məşqçinin istefa ərizəsi klub rəhbərliyi tərəfindən müzakirə edilib və bu barədə qərar qəbul olunub.
"Bakı" futbol klubunun Bülənt Qorxmazla bu mövsümün sonuna qədər müqaviləsi var idi. Baş məşqçimizin təkidli istefası bu müqavilənin qüvvədən düşməsi anlamına gəlir. Bu qərar qarşılıqlı şəkildə verilir, klubumuz Bülənt Qorxmazla müqaviləsinə xitam verir.
Bülənt Qorxmaz 2009-cu ilin sentyabr ayından etibarən komandamızın baş məşqçisi vəzifəsində çalışıb. Türkiyəli mütəxəssis bu dövr ərzində özünü peşəkar, işinə ciddi yanaşan mehriban bir insan kimi tanıdıb. Onun "Bakı" futbol klubundan ayrılmaq qərarını təəssüflə qarşılayırıq.
"Bakı" futbol klubu Bülənt Qorxmaza təşəkkürünü bildirir, ona peşəkar karyerasında uğurlar arzulayır».
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı
Artetadan maraqlı qərar: Pilotlardan məsləhət alacaq
1-ci liqada 19 günlük fasilə başa çatır