AFFA-nın baş katibi, qurumun lisenziyalaşdırma qrupunun rəhbəri Elxan Məmmədovun Premyer Liqada çıxış edə bilmək üçün klubların lisenziyalaşdırma prosesi ilə bağlı yeni açıqlama ilə çıxış edib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, E.Məmmədov bildirib ki, AFFA rəhbərliyinin təşəbbüsü və lisenziyalaşdırma qrupunun fəaliyyəti nəticəsində «Azərbaycan Futbol Premyer Liqasında iştirak etmək üçün klubların lisenziyalaşdırılması üzrə vəsait» hazırlanıb: “Bu vəsait İcraiyyə Komitəsinin 2008-ci il iyulun 5-də keçirilən iclasında təsdiq olundu. Qeyd olunan vəsaitin hazırlanmasında əsas məqsəd 2009-2010-cu il mövsümündən etibarən Premyer Liqada çıxış etmək istəyən klubların daxili çempionat üçün nəzərdə tutulmuş lisenziya şərtlərinə əməl etməsidir”.
E.Məmmədov bildirib ki, 2004-cü ildən başlayaraq, UEFA klubların lisenziyalaşdırma proqramını tətbiq etməyə başlayıb və bu prosesə ciddi, məsuliyyətlə yanaşan ölkələrdə klubların, eyni zamanda, ümumilikdə ölkə futbolunun inkişafında müsbət mənada dəyişikliklər olub: «Eyni zamanda, UEFA-nın Lisenziyalaşdırma proqramından əlavə, Avropanın futbol sahəsində inkişaf etmiş ölkələrinin əksəriyyətində daxili lisenziya proqramı tətbiq olunur və bu, yaxşı effekt verir. Bu gün elə Avropa ölkələri var ki, onların klublarının tərkibində U-6, U-7, U-8 komandaları var və bu, futbolun inkişafında xüsusi rol oynayır. Biz də çalışırıq ki, bütün klublarımızın stadionu, yüksək səviyyədə uşaq komandaları, müasir tələblərə cavab verən infrastrukturu olsun. Daxili çempionat üçün hazırlanmış lisenziyalaşdırma vəsaitində nəzərdə tutulmuş idman və infrastruktur meyarları üzrə sənədlər ilkin olaraq yanvarın 12-ə qədər lisenziyalaşdırma qrupuna təqdim edilməli idi. Bunun üçün son tarix isə yanvarın 15-dir. Yanvarın 12-dək müvafiq sənədləri təqdim etməyən klublar vəsaitdə göstərilmiş son tarixə qədər ötən hər gün üçün hər meyara görə 1000 manat məbləğində cərimə olunacaq».
E.Məmmədov təəssüflə bildirib ki, bəzi klublar daxili çempionat üçün lisenziyalaşdırma prosesinə məsuliyyətsiz yanaşırlar: «Bu isə həmin klubların növbəti mövsümdə Premyer Liqada çıxış edə üçün bilmək üçün almalı olduqları lisenziyanın verilməsini sual altına qoyur. Doğrudur, ötən ilə nisbətən, bəzi klublarımızda lisenziyalaşdırma prosesi ilə bağlı nəzərəçarpacaq dərəcədə inkişaf hiss olunur. Çox istərdik ki, bütün klublarımız bu məsələyə ciddi yanaşsınlar».
E.Məmmədovun sözlərinə görə, son 3 ayda lisenziyalaşdırma qrupunun üzvləri tərəfindən regionlarda seminar və treninqlər təşkil olunub, bütün klublara bir neçə dəfə məktub göndərilərək lisenziyalaşdırma prosesinin vacibliyi nəzərlərinə çatdırılıb:
«Daxili çempionat üçün lisenziyalaşdırma vəsaitinin hazırlanması ilə biz klublarımızın, ölkə futbolunun inkişafına çalışırıq və inanırıq ki, klublarımız bu məsələdə bizimlə paralel fəaliyyət göstərəcəklər».
ÇL matçına çıxmamaq cəzasından son anda xilas oldu
La Liqanın ən bahalı futbolçuları kimlərdir?
“Şəki Siti”nin əzmkar geridönüş qələbəsi - Video
MLS rəhbərliyi çempionat təqvimində dəyişiklik edir
"Barselona"dan yeni rekord
"Bavariya"dan "Real"a keçə bilər
"Çelsi"nin kapitanı sıradan çıxdı
Rəhim Həsənov hakimlərin qərarını təsdiqlədi - Video
Çempionlar Liqası finalının bilet qiymətləri bəlli oldu
Millidən qayıtdıqdan sonra qol vura bilmir
Milliyə kimlər çağırıldı?
Qvardiola ÇL matçından öncə komandasını istirahətə göndərdi
"Barselona"nın qapıları Messinin üzünə açıqdır"
"Çelsi"yə transfer qadağası qoyuldu
“D” lisenziyalı məşqçi kursları keçiriləcək
"Şəki Siti"dən möhtəşəm geridönüş, "Şirvan"dan qələbə
“Neftçi” adının ağırlığını ortaya qoymalıyıq" - Kenan Piriç
AFFA-dan 500 min avroluq maaş iddialarına münasibət
"Barselona" baş məşqçisi ilə müqaviləni uzadır
"Ayın qolu"nun müəllifi mükafatlandırıldı
Rui Jorjenin köməkçiləri açıqlandı
"Kütləvi şəkildə milliləşdirmə olmayacaq" - Sərxan Hacıyev
"Barselona" prezidentliyinə namizəd: "Nəticə utancvericidir"
"Liverpul" - "Qalatasaray" matçının hakimləri bilindi
Misli Premyer Liqasında 6 oyunun saatı məlum oldu
Tite istefaya göndərildi
Yarımfinalda ilk oyunların vaxtı açıqlandı
"Şamaxı" üçün ikiqat yubiley
16 yaşında Premyer Liqa rekordu qırdı
Emin Mahmudov "Neftçi"nin tarixinə belə düşdü
Musa “100”ə çatdı
Eşli Koul baş məşqçisi təyin edildi