Vaqif Cavadovun komandası zirvədə yerini möhkəmlədir

XƏBƏR 21 Mart 2010 / 10:20 2091
-  A +

Milli komandamızın hücumçusu Vaqif Cavadovun çıxış etdiyi "Tvente" dünən Hollandiya çempionatında növbəti matçına çıxıb. Qol.Az-ın məlumatına görə, Enshede təmsilçisi səfərdə ən yaxın izləyicisi PSV ilə 1:1 hesablı bərabərə qalıb. "Tvente"nin qoluna matçın 73-cü dəqiqəsində Nkufo imza atıb. "Tvente" səfərdə alınan bərabərlikdən sonra 71 xalla turnir cədvəlinə liderlik edir. İkinci pillədə qərarlaşan PSV-nin isə 66 xalı var. Vaqif Cavadov dünənki oyunda iştirak etməyib.

Son xəbərlər