"Olimpik-Şüvəlan" və "Muğan"ın şikayətləri rədd olundu

XƏBƏR 19 Mart 2010 / 19:43 1783
-  A +

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin bu gün növbəti iclası keçirilib. Qol.Az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda “Olimpik-Şüvəlan” və “Muğan” FK tərəfindən müvafiq olaraq futbolçular Tərlan Xəlilov, Vüsal Qarayev, Cahangir Həsənzadə və “Muğan” FK-nın üzvü Əkrəm Hodziçə qarşı tətbiq edilmiş cəza ilə bağlı verdikləri apellyasiya şikayətinə baxılıb və hər iki klubun şikayətləri təmin olunmayıb. “Xəzər Lənkəran” FK-nın Peşəkar Futbol Liqası ilə bannerlərin yerləşdirilməsi ilə bağlı əldə etdiyi razılığı nəzərə alaraq klubun verdiyi apellyasiya şikayəti isə təmin olunub. Xatırladaq ki, Unibank Premyer Liqasının XXIII turunun “Olimpik-Şüvəlan” – “Standard” matçından sonra “təyyarəçilər”in üzvləri rəqib futbolçularla bir-birlərinə zərbə endirdikləri üçün hər biri 2 oyunluq və iki min manat dəyərində cəzalandırılıb. Həmin turun “Turan” - “Muğan” matçında “Muğan” klubunun futbolçusu Ekrem Hodziç rəqibini dirsəklə vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb, klub iki min manat cərimə olunmuşdu.

Son xəbərlər