Mahir Şükürovun klubunda daha bir məşqçi istefası

Mahir Şükürovun klubunda daha bir məşqçi istefası
XƏBƏR 19 Mart 2010 / 11:20 1878
-  A +

Milli komandamızın futbolçusu Mahir Şükürovun şərəfini qoruduğu Rusiyanın “Anji” klubunda məşqçi istefaları davam edir. Qol.Az-ın məlumatına görə, baş məşqçi Omari Tetradzenin ardınca köməkçisi Artur Paqayev də istefa verib. Düzdür, onun istefa ərizəsini rəhbərlik hələ imzalamayıb. Tetradze və Paqayev Vladiqafqazın “Alaniya” klubunda bir yerdə oynayıb. Veteran futbolçumuz Nazim Süleymanov da onlarla komanda yoldaşı olub və 1995-ci ildə Rusiya çempionluğunu qazanıblar. “Anji”ni Rusiya Premyer Liqasının II turu çərçivəsində “Amkar”la səfər oyununa isə məşqçi Arsen Akayev hazırlaşdırır. 39 yaşlı çalışdırıcı komandanı sabahkı matça çıxaracaq. Mahir və komanda yoldaşları bu gün səhər Permə çarter reysi ilə yollanıblar. Baş məşqçi postuna əsas namizəd Hacı Hacıyev isə “Anji”də işə başlamağa tələsmir. Hazırda ölkə xaricində olan dağıstanlı mütəxəssis yaxınlarda vətənə klub rəhbərliyi ilə danışıqlara gələcəyini bildirib.

Daha çox


Son xəbərlər