Milli komandamızdan qələbə

Milli komandamızdan qələbə
XƏBƏR 18 Mart 2010 / 23:08 2013
-  A +

Çimərlik futbolu üzrə milli komandamız Dubay şəhərindəki təlim-məşq toplanışı çərçivəsində bu gün Birləşmiş Ərəb Əmirlikləri yığması ilə yoldaşdıq oyunu keçirib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşmanın əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Millimizin heyətində Renat Sultanov, Elvin Quliyev və Asif Zeynalov fərqlənib. Qalib oyunsonrası penalti seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən millimiz ümumi nəticədə 5:4 hesabı ilə qələbə qazanıb.

Daha çox


Son xəbərlər