Asim Xudiyev püşkatmada iştirak edəcək

Asim Xudiyev püşkatmada iştirak edəcək
XƏBƏR 18 Mart 2010 / 15:55 2067
-  A +

Mart ayının 27-də, Lissabondakı Estadio da Luz stadionunda, Portuqaliya çempionatı çərçivəsində keçiriləcək «Benfika» - «Braqa» oyununun fasiləsində futzal üzrə UEFA kubokunun «Dördlər finalı»nın püşkatma mərasimində ölkəmizi Asim Xudiyev təmsil edəcək. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.

Xatırladaq ki, «Dördlər finalı»nda təmsilçimiz «Araz», Portuqaliyanın «Benfika», İtaliyanın «Luparense» və İspaniyanın «İntervyu» komandaları mübarizə aparacaq.

Daha çox


Son xəbərlər