Ağdamın “Qarabağ” klubu Unibank Premyer Liqasının final mərhələsindəki ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirmək istəyib. Bu haqda stadionun direktoru Akif İsmayılov məlumat verib.
Onun sözlərinə görə, təklif “altılıq” mərhələsinin startı ərəfəsində “Qarabağ” rəhbərliyi tərəfindən gəlib. Lakin Ağdam klubuna mənfi cavab verilib: “Mən “Bakı” və “Neftçi” komandalarının da stadionumuzdan ev arenası kimi yararlandıqlarını bildirərək, “Qarabağ”a razılıq vermədim. Həm də inanmıram ki, AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyi bir meydançadan 3 klubun yararlanmasına icazə verərdi”.
Qeyd edək ki, “Qarabağ” Unibank Premyer Liqasının ilk 2 dövrəsi ərzində ev oyunlarını keçirdiyi Quzanlı Olimpiya Kompleksinin stadionunu təmirə bağlayıb. Buna görə də “Qarabağ” final mərhələsinin ilk turunda “Bakı” ilə nəzərdə tutulan görüşdə yerdəyişmə edib. Yəni, ev sahibi “Qarabağ” yox, “Bakı” olub. Əvəzində Ağdam komandası paytaxt klubunu final mərhələsinin ikinci dövrəsində qəbul edəcək. Akif İsmayılov “Qarabağ”ı “Neftçi”yə görə Respublika stadionuna buraxmasa da, “flaqman”ın “Bakı”nı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda qəbul edəcəyi məlum olub.
Mənbə: lent.az
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı