Ernani Pereyra "Muğan"la matçı buraxa bilər

XƏBƏR 18 Mart 2010 / 13:06 1584
-  A +

Unibank Premyer Liqasının XXIV turunda şənbə günü "Muğan"la qarşılaşacaq "Karvan" oyunun hazırlıqlarını Yevlaxda davam etdirir. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, gündə bir dəfə Yevlax şəhər stadionunda məşq edən Yunis Hüseynovun komandası Salyan təmsilçisi ilə oyunda mütləq qələbə hədəfləyir. "Muğan"la oyunöncəsi heyətdə cəzalı futbolçu olmasa da, qasıq nahiyəsində ağrıları olan müdafiəçi Ernani Pereyranın oynaması sual altındadır.

Daha çox


Son xəbərlər