UEFA rəsmisi: “Azərbaycan millisi bizi heyrətləndirdi”

UEFA rəsmisi: “Azərbaycan millisi bizi heyrətləndirdi”
XƏBƏR 18 Mart 2010 / 12:48 2072
-  A +

UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsi bu yaxınlarda Macarıstanda keçirilmiş 2010-cu il Avropa futzal çempionatını “gələcəyə atılmış addım” kimi qiymətləndirib. Qol.Az-ın məlumatına görə, UEFA-nın rəsmi saytına açıqlamasında komitənin sədri Giankarlo Abete deyib ki, İspaniya bu çempionatda da öz liderliyini və səviyyə fərqini ortaya qoyub: “Futzalın inkişafı günü-gündən artmaqdadır. Bunda çempionatı təşkil etmiş Macarıstan Futbol Federasiyasının da rolunu qeyd etmək lazımdır. Daha bir sevindirici hal televiziya tamaşaçılarının da futzala olan marağının artmasıdır. Keçən illərlə müqayisədə bu dəfə tamaşaçı auditoriyası daha da artıb. Macarıstandakı turnirin özünə gəldikdə isə Belçika və Sloveniya son 7 ildə bu turnirdə ilk dəfə çıxış etdilər. Belarusiya və Azərbaycan millilərinin özü də bu səviyyədə turnirdə ilk dəfə çıxış edirdilər. Azərbaycan isə son "dördlüy"ə qalmaqla hər kəsi yaxşı mənada heyrətləndirdi”.

Daha çox


Son xəbərlər