Rusiyanın “Anji” klubunun baş məşqçisi Omari Tetradzenin istefasının səbəbləri bəlli olub. Qol.Az-ın məlumatına görə, Tetradze rəsmi açıqlama yayaraq «Anji»nin bütün futbolçuları ilə görüşərək, onlara gördükləri işə görə minnətdarlıq edib. Ailəsi üçün darıxdığını bildirən Tetradze çox yorulduğunu söyləyib: «Daim təlim-məşq toplanışları, məşqlər, oyunlar üzündən doğmalarımı, həyat yoldaşımı, qızımı demək olar görmürəm. Bu vəziyyət məni heç qane etmir. Onu qeyd etmək istəyirəm ki, kim nə düşünür-düşünsün, ailə “Anji”dən gedişimin yeganə səbəbidir. Bu, mənim qərarım, təşəbbüsümdür. Klub prezidenti gedişimə razı olmasa da, sonda məni başa düşdü və güzəştə gedərək, istefamı qəbul etdi. Artıq “Anji”nin baş məşqçisi deyiləm. Bu gün Moskvaya, oradan Tiflisə, ailəmin yanına gedirəm”.
Tetradze xələfinin kim olacağını da bildiyini söyləyib: “Əlbəttə, bu haqda məlumatım var. Baş məşqçi postunda mənim əvəzimə Hacı Hacıyev yer alacaq. Hər şey həll olunub. O, artıq yoldadır, Mahaçqalaya gəlir”.
Xatırladaq ki, «Anji» klubunda Azərbaycan millisinin müdafiəçisi Mahir Şükürov da çıxış edir.
“Liverpul” "Real"a qarşı
100 milyon təklif olundu, qəbul etmədi
Məşqləri izlətmişdi, cəzası bəlli oldu
Klub qənaət üçün futbolçuların maaşını azalda bilər
Messi üçün şou hazırladılar, azarkeşlər etiraz etdi
Arteta İngiltərənin ən çox qazanan məşqçisi oldu
“Liverpul”un futbolçusu sıradan çıxdı
“Barselona”da qapıçı problemi var
Zelimdən gümüş, Ömərdən bürünc medal - Dünya çempionatı
“Şahdağ Qusar” 6 qollu qələbə qazandı
Azərbaycan kubokunda yeni mövsümə start verildi
Azərbaycan millisi Türkiyə klubu ilə qarşılaşacaq
Səmədov Severinanı mükafatlandırdı
Tanınmış futbolçu karyerasını başa vurdu
Argentina Prezidenti Messiyə təşəkkür etdi
AFFA-dan 3 komandaya texniki məğlubiyyət
“Arsenal” Arteta ilə müqaviləsini uzatdı - Rəsmi
Azərbaycan millisi FİFA reytinqində gerilədi
Jesus Ronaldonun açıqlamasına belə cavab verdi
Keyn İngiltərə millisinin rekordunu təkrarladı